Hərracda valyuta satışı yenidən artıb

7 yanvar 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir. Hərracda tələb 70.6 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.
!@#
Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.
Qeyd edək ki, yanvarın ilk hərracında 66.4 mln. dollar xarici valyuta satılıb.











