Əsas məzmuna keç
Bakı +5°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Hərracda tələb yenidən 1 milyard manatı keçdi

Hərracda tələb yenidən 1 milyard manatı keçdi

25.02.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 milyard 136,4 milyon  manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,26% təşkil etmişdir.

"BI" xəbər verir ki, Mərkəzi Bank 350 milyon manat cəlb edəcəyini açıqlamış və bu məbləği də cəlb etmişdir. 

Xəbər verdiyimiz kimi, 18.02.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 929 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,26% təşkil etmişdi.

11.02.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 848 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,26% təşkil etmişdi.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə