Gürcüstanın turist qəbul edəcəyi ilk ölkə açıqlandı

“Gürcüstanın “yaşıl dəhliz” təşkil ediləcəyi ilk ölkənin İsrail olacağı nəzərdə tutulub”.
ENA.az xəbər verir ki, bunu ölkənin baş naziri Giorgi Qaxaria məlumat verib.
O deyib ki, təhlükəsiz dəhliz ölkələr arasında qarşılıqlı turist səfərlərinin həyata keçirilməsinə imkan verəcək.
!@#
Hökumət başçısı qeyd edib ki, bu istiqamətdə Çexiya, Polşa, Baltikyanı ölkələr, Avstriya və qonşu ölkələrlə də fəal danışıqlar aparılır: “Danışıqlar yaxın gələcəkdə məqbul nəticə ilə başa çatdırılacaq”.
Qeyd edək ki, Gürcüstan xarici turistləri iyulun 1-dən etibarən qəbul etməyə başlayacaq.











