Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Gürcüstanın Azərbaycana borcu açıqlandı - SİYAHI

Gürcüstanın Azərbaycana borcu açıqlandı - SİYAHI

Cari ilin yanvar–mart aylarında Gürcüstanın ümumi xarici dövlət borcu 5 milyard 388, 974 milyon ABŞ dollar təşkil edib. Borcun 5 milyard 222, 384 milyon dolları hökumətin payına düşür.

Businessinsider.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında məlumat verilib.

Məlumatda bildirilir ki, Gürcüstanın Azərbaycana borcu dəyişməyib. Bu il aprelin 1-nə olan məlumata görə, Gürcüstanın Azərbaycana borcu 7 milyon 435 min dollar təşkil edib.

Gürcüstanın ən çox borcu Almaniyayadır – 320 milyon 233 min dollar. İkinci yerdə 248 milyon 481 min dollarla Fransa, üçüncü yerdə isə 212 milyon 609 min dollarla Yaponiya qərarlaşıb

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə