Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
ENA+

Gürcüstanda prezident ikinci turda seçiləcək

Gürcüstanda prezident ikinci turda seçiləcək

Bazar günü Gürcüstanda keçirilən prezident seçkilərində namizədlərin heç biri 50 faizdən artıq səs toplaya bilməyib.

“Bİ” xəbər verir ki, bu vaxta qədər səslərin 87 faizi toplanıb və nəticələrə görə prezidentin seçilməsi üçün ikinci turun keçirilməsi qaçılmazdır.

Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı məlumata görə, ikinci tura müstəqil namizəd Salome Zurabişvili və müxalifətdən olan namizəd Qriqol Vaşadze keçir. Belə ki, Salome Zurabişvili səslərin 40,05 faizini, Qriqol Vaşadze 37,93 faizini toplayıb. Digər müxalifət namizədi David Bakradze isə 10,83 faiz səs toplaya bilib. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə