Əsas məzmuna keç
Bakı +8°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Gürcüstanda dolların məzənnəsi psixoloji həddi keçib

Gürcüstanda dolların məzənnəsi psixoloji həddi keçib

Gürcüstanda ABŞ dollarının milli valyuta olan lariyə münasibətdə bahalaşması psixoloji həddi keçib.

Gürcüstan Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə əsasən, mayın 31-də 1 ABŞ dolları 2,8023 lari təşkil edəcək.

Bugünkü məzənnə ilə müqayisədə dolların qiymətində 0,0026 lari artım qeydə alınıb.

Gürcüstan Milli Bankının mayın 30-na 1 ABŞ dolları üçün müəyyən etdiyi məzənnə 2,7997 lari idi. 

Yerli ekspertlərin proqnozuna əsasən, dolların bahalaşması ölkədə ilkin tələbat məhsullarının qiymətinin artmasına səbəb olacaq.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə