Əsas məzmuna keç
Bakı +8°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Turizm

Gürcüstana məxsus “Georgian Airways” Moskvaya həftədə 7 dəfə uçacaq

Gürcüstana məxsus “Georgian Airways” Moskvaya həftədə 7 dəfə uçacaq

Gürcüstanın “Georgian Airways” aviaşirkəti mayın 20-dən etibarən həftədə yeddi dəfə Moskvaya uçuşlara başlamaq niyyətindədir. Bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb.

Daşıyıcının Rusiyaya uçmaq üçün icazə aldığı iddia edilir.

“Georgian Airways” Tbilisi-Moskva-Tbilisi istiqamətində müntəzəm uçuşlar həyata keçirməyə başlayır”, - məlumatda deyilir.

Uçuş cədvəlinə əsasən, uçuşlar həftədə yeddi dəfə həyata keçiriləcək.

Gediş və gəlişin dəqiq vaxtı barədə məlumat verilmir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə