Əsas məzmuna keç
Bakı +5°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Gömrük xətti ilə büdcə daxilolmaları 6.3 milyard manatı ötüb

Gömrük xətti ilə büdcə daxilolmaları 6.3 milyard manatı ötüb

2023-ci il ərzində gömrük xətti ilə büdcə daxilolmaları əvvəlki illə müqayisədə 12% artaraq 6 milyard 337.538 milyon manata çatıb.

ENA.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 1 milyard 627 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 4 milyard 443.3 milyon manat, aksizlər üzrə daxilolmalar 224.3 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 42.8 milyon manat  təşkil edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə