Əsas məzmuna keç
Bakı +5°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Qarabağ

Gəncədə dağıntılar altında qalan bacı-qardaşın cəsədi TAPILDI

Gəncədə dağıntılar altında qalan bacı-qardaşın cəsədi TAPILDI

Oktyabrın 17-də gecə saatlarında Ermənistan tərəfindən Gəncəyə raket atılması nəticəsində dağıntılar altında qalan uşaqların cəsədləri tapılıb.

ENA.az xəbər verir ki, bununla bağlı AzTV-nin Gəncədə axtarış aparılan yerdən yayımladığı reportaj zamanı məlumat verilib. 

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları artıq hadisə yerində işlərini başa çatdırıblar. Məlumata görə, bu gün saat 12 radələrində azyaşlı bacı və qardaş - Xəlilli Məryəm və Xəlilli Orxanın cəsədləri dağıntılar altından çıxarılıb.

Qeyd edək ki, erməni terroru nəticəsində dünən 6-sı kişi, 4-ü qadın, 3-ü azyaşlı olmaqla 13 nəfər həlak olub, 48 dinc sakin isə yaralanıb. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə