Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hadisə

Gəncə-Bakı qatarı yolda qaldı - Sərnişinlərdən halı pisləşənlər var

Gəncə-Bakı qatarı yolda qaldı - Sərnişinlərdən halı pisləşənlər var

Gəncədən Bakıya doğru hərəkətdə olan sürət qatarı yolda qalıb.

ENA.az xəbər verir ki, hadisə ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Qatarın bir saatdan artıq vaxt ərzində yolda qaldığı bildirilir.

Sürət qatarının hansı səbəbdən dayanması barədə sərnişinlərə məlumat verilməyib.

Qatar əməkdaşlarının baş verə biləcək təhlükəli vəziyyətə qarşı qapıları bağladığı bildirilir.

Bu barədə sosial şəbəkə istifadəçisi Xəyal Azəroğlu məlumat paylaşıb.

O bildirib ki, sərnişinlərdən bir neçəsinin halı pisləşib.

“Mənim ailəm də daxil olmaqla, qatarda xeyli sayda yaşlı insanlar var. Sərnişinlər evakuasiya edilmir, xeyli insanın vəziyyəti pisləşib”, - deyə, o qeyd edib.

FHN-dən bildiriblər ki, hadisə yerinə xilasedicilər yollayıblar.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə