Əsas məzmuna keç
Bakı +7°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Avtomobil

“Fitch”dən avtomobil istehsalçılarına - XƏBƏRDARLIQ

“Fitch”dən avtomobil istehsalçılarına - XƏBƏRDARLIQ

"Fitch" beynəlxalq reytinq agentliyi Avropanın aparıcı avtomobil istehsalçılarına xəbərdarlıq edib. 

ENA.az xarici mətbuata istinadən xəbər verir ki, agentliyin xəbərdarlığı tullantılarla bağlı olub. 

"Fitch" istehsalçıları tullantılarla bağlı tələblərini yerinə yetirməyə çağıraraq əks təqdirdə sərt cəzalarla, daha dəqiq desək cərimələrlə üzləşə biləcəklərini bəyan edib. Bu məbləğ 2021-ci ilə qədər 30 milyard avrodan çox ola bilər. 

Agentlik həmçinin bildirib ki, Avropanın avtomobil nəhəngləri elektrikli nəqliyat vasitələrinin istehsalına keçid prosesində çətinliklərlə üzləşəcək və bu, onların gəlirlərinə təsir edəcək. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə