Əsas məzmuna keç
Bakı +5°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Qarabağ

“Fərrux Azərbaycanın nəzarəti altındadır” - Paşinyan

“Fərrux Azərbaycanın nəzarəti altındadır” - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Fərrux kəndinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olduğunu təsdiq edib. 

ENA.az erməni mediasına istinadən xəbər verir ki, Paşinyan bu barədə İrəvanda onlayn keçirilən mətbuat konfransında danışıb.

Eləcə də oxu: Bu ərazilər Azərbaycanın nəzarətinə keçəcək – Paşinyan bəyan etdi

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin cari ilin martında rəsmi olaraq yaydığı bəyanatda da qeyd olunmuşdu ki, Fərrux kəndi Azərbaycanın nəzarəti altındadır: “Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib”.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə