Əsas məzmuna keç
Bakı +17°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
ENA+

Fazil Məmmədov Almaniyada əməliyyat olunub

Fazil Məmmədov Almaniyada əməliyyat olunub

Keçmiş vergilər naziri Fazil Məmmədov  səhhətində yaranan problemlə əlaqədar Almaniyaya aparılıb.

Almaniyadan verilən məlumata görə, F.Məmmədov bir həftə əvvəl Almaniyanın “Heidelberg” xəstəxanasına yerləşdirilib.

Mənbə eks-nazirin mədəsində əməliyyat aparıldığını, hazırda vəziyyətinin stabil olduğunu qeyd edib.

Qeyd edək ki, uzunmüddətli müalicə prosesindən sonra sağlığına qovuşan eks-vergilər naziri Fazil Məmmədovun səhhəti yenidən pisləşdiyindən bu ilin iyun ayında qastrit diaqnozu ilə Gəncə Beynəlxalq Hospitalına yerləşdirilmişdi.