Əsas məzmuna keç
Bakı +10°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

“Expressbank”ın İdarə Heyətinə iki təyinat olub

“Expressbank”ın İdarə Heyətinə iki təyinat olub

“Expressbank” ASC-nin İdarə Heyətinə yeni təyinatlar olub.

ENA.az Banker.az-a istinadən xəbər verir ki, Teymur Ağakişiyev Bankın Baş əməliyyat inzibatçısı və eləcə də İdarə Heyətinin üzvü seçilib.

Digər bir təyinat isə, bu ilin iyulunda “Expressbank”ə Pərakəndə satış və biznesin inkişafı üzrə baş inzibatçısı vəzifəsinə təyin olunan Mehriban Ocaqquliyevanın həmçinin İdarə Heyətinin üzvü seçilməsi olub. Ocaqquliyeva bir müddət 9 illik “Expressbank”dakı karyerasına son verib, “Rabitəbank”a getmişdi.

Bildirək ki, bankın İdarə Heyəti sədri dəyişib və hazırkı vəzifəni Mehman Məmmədov müvəqqəti icra edir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə