Ermənistanın eks-prezidentləri təcili Qarabağı MÜZAKİRƏ ETDİLƏR

Ermənistanın 3 sabiq prezidenti – Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan görüş keçirib.
ENA.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onlar Qarabağda Ermənistan üçün yaranmış acınacaqlı durumu müzakirə ediblər.
!@#
Görüşdə Qarabağdakı qondarma rejimin keçmiş rəhbərləri Bako Saakyan və Arkadi Qukasyan da iştirak edib.
Görüş barədə məlumatı Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresinin mətbuat katibi Arman Musinyan söyləyib.











