Əsas məzmuna keç
Bakı +9°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
ENA+

Ermənistanda seçkilərin ilkin nəticələri açıqlandı

Ermənistanda seçkilərin ilkin nəticələri açıqlandı

Ermənistan Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.

"BI" Ermənistan mediasına istinadən xəbər verir ki, 29 seçki məntəqəsində səsvermənin nəticələrinə əsasən baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın “Mənin addımım” bloku böyük üstünlüklə irəlidədir – 59,71 faiz.

İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq “Çiçəklənən Ermənistan” (15,21 faiz) və “Daşnaksutyun” (9,78 faiz) qərarlaşıb.

Sabiq prezident Serj Sarqsyanın rəhbərlik etdiyi Respublika Partiyası səslərin 5,09 faizini toplayıb.  

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə