Əsas məzmuna keç
Bakı +12°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Ərdoğan bu tarixdə Azərbaycana gələcək

Ərdoğan bu tarixdə Azərbaycana gələcək

Türkiyənin yenidən Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan ilk xarici səfərinə hazırlaşır. 

Məlumata görə , Ərdoğan iyunun 12-də Şimali Kipr Türk Cümhuriyyətinə gedəcək. Orada həmkarı Ersin Tatarla görüşəcək.

Bir gün sonra, iyunun 13-də Ərdoğanın Azərbaycana səfəri gözlənilir. Türkiyə liderinin çərşənbə axşamı Azərbaycanda olacağı, həmkarı Prezident İlham Əliyev ilə görüşəcəyi bildirilir.

Qeyd edək ki, Ərdoğanın Bakı səfəri ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.