Əsas məzmuna keç
Bakı +9°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
VakansiyalarVakansiya

Dövlət qurumu işçilər axtarır - MAAŞ 2000-3500 AZN

Dövlət qurumu işçilər axtarır - MAAŞ 2000-3500 AZN

Layihə rəhbəri

 Son tarix 01 iyn 2023 

Vəzifə və öhdəliklər:

  • Layihənin icrası üzrə işlərin həyata keçirilməsinin təşkili, əlaqələndirilməsi və müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və tələblərə əsasən layihənin idarə edilməsi;
  • Layihələrin vaxtında, əhatə dairəsi və nəzərdə tutulmuş büdcəyə müvafiq olaraq icra edilməsinin təmin olunması;
  • Layihə ilə əlaqəli sənədlərin hazırlanması və saxlanılması;
  • İnkişaf və layihə gedişatını izləmək üçün tədbirlər planının hazırlanması;
  • Hazırlanan hesabatlar ilə əlaqədar işin həcmini , maliyyə ehtiyacı və layihə sonu proyeksiya ehtimalları ilə layihənin hazırlanması zamanı ortaya çıxa bilən səhvləri müəyyən edərək lazımi tədbirlərin alınmasını təmin etmək;
  • Xarici ölkələrdə tərəfdaş təşkilatlar tərəfindən keçiriləcək beynəlxalq tədbirlərdə iştirak edilməsi;
  • Tədbirlərin təşkil edilməsi və bu istiqamətdə xarici mütəxəssislərin iştirakının təşkili;

Namizədə tələblər:

  • AR vətəndaşlığı
  • 25-32 yaş
  • Minimal iş təcrübəsi – 1-3 il
  •  Hərbi mükəlləfiyyət
  • Managment və Layihə rəhbəri sahəsi üzrə bilik
  • Ali təhsil
  • Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti
  • Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.

İş qrafiki – stabil

Analitik və kreativ düşüncə tərzi;

Komanda şəklində işləmə bacarığı və effektiv ünsiyyət;

Nəticəyönümlülük və punktuallılıq;

Yüksək təşkilatçılıq və liderlik;

Əmək haqqı: 3500 AZN 

Tələblərə uyğun şəxslər CV formalarını kamranovv@gmail.com elektron poçt ünvanına, mövzu hissəsinə “Layihə rəhbəri” yazaraq göndərə bilərlər.

Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.

****

Mətbuatla iş üzrə mütəxəssis

 Son tarix 01 iyn 2023 

İş barədə məlumat:

  • Mərkəzin baxışı, missiyası və dəyərlərinin auditoriyaya düzgün kommunikasiyasının təmin edilməsi;
  • İnformasiya vasitələrinin (KİV) əhatə dairəsinin təsirinin təhlil edilməsi; media məsələlərinin idarəsində dəstək göstərilməsi;
  • Kommunikasiya üçün nəzərdə tutulmuş nitqlərin, məqalələrin, press relizlərin və digər sənədlərin hazırlanması;
  • Mərkəzin rəsmi vebsaytının və digər kommunikasiya kanallarının idərə edilməsi;
  • Media qurumları ilə əlaqələrin formalaşdırılması və inkişaf etdirilməsi;
  • Mətbuat konfranslarının və müsahibələrin təşkil edilməsi;
  • Press-relizlər, korporativ təqdimatlar və redaksiya tələb edən məzmunlar da daxil olmaqla Mərkəz daxilində kommunikasiya üçün nəzərdə tutulan materiallarının hazırlanmasında dəstək göstərilməsi;
  • Mətbuatın gündəlik izlənilməsi;
  • Kommunikasiya üçün nitqlərin yazılması, brifinq sənədlərinin hazırlanması

Namizədə tələblər:

  • Jurnalistika va ya uyğun sahədə minimum 3-5 il iş təcrübəsi;
  • Yerli medianı yaxından tanımaq;
  • Güclü kommunikasiya və təqdimat bacarığı;
  • MS Windows, MS Office, Internet - yüksək səviyyədə istifadə bacarığı (digər proqramları bilmək üstünlükdür);
  • Yüksək Azərbaycan dili, Rus dili və İngilis dili bacarıqları.
  • Hərbi mükəlləfiyyət. (Bəy namizədlər üçün qeyd edilən tələb mütləqdir.)
  • Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.

Əmək haqqı: 2000-2500 AZN.

Tələblərə uyğun şəxslər CV formalarını kamranovv@gmail.com elektron poçt ünvanına, mövzu hissəsinə “Mətbuatla iş üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.

Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq. 

****

Marketinq üzrə mütəxəssis

 Son tarix 01 iyn 2023 

Vəzifə və öhdəliklər:

  • Marketinq planının hazırlanması, həyata keçirilməsi və monitorinqi;
  • Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması;
  • Sosial media platformalarında hədəflənmə (targeting);
  • Məzmun və post yaradılması üzrə fəaliyyəti;
  • Rəqəmsal B2C kommunikasiya;
  • Danışıqların, görüşlərin və təqdimatların keçirilməsi;
  • Marketinqin inkişafı istiqamətində daim təhlilin aparılması;
  • Partnyorlarla iş, ortaq layihələrin idarəsi;
  • Marketinq büdcəsinin idarə edilməsi;
  • Gündəlik hesabatların aparılması
  • Kütləvi informasiya vasitələrinin (KİV) əhatə dairəsinin təsirinin təhlil edilməsi;

Tələblər: 

  • AR vətəndaşlığı; 
  • Ali təhsil;
  • 24-32 yaş; 
  •  Minimal iş təcrübəsi – 1-3 il; 
  • Hərbi mükəlləfiyyət ; 
  • Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
  • Güclü kommunikasiya və təqdimat bacarığı;
  • Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti; 
  • Orfoqrafik yazı qaydalarını mükəmməl bilmək;
  • Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;
  • Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.

Əmək haqqı: 3000 AZN.

Tələblərə uyğun şəxslər CV formalarını kamranovv@gmail.com elektron poçt ünvanına, mövzu hissəsinə “Marketinq üzrə mütəxəssis” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə