Əsas məzmuna keç
Bakı +13°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyin olunub

Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyin olunub

Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyin edilib. 

ENA.az xəbər verir ki, bununla bağlı müvafiq Əmr imzalanıb.

Əmrə əsasən, bu vəzifəyə Fərid Baxşıyev təyinat alıb.

F.Baxşıyev daha əvvəl Maliyyə Nazirliyində, Azərbaycanın Mərkəzi Bankında, Dünya Bankında, Azərbaycan Dəmir Yolları QSC-də və digər qurumlarda rəhbər vəzifələrdə çalışıb. 

Xatırladaq ki, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi Prezidentin 30 dekabr 2025-ci il tarixli Fərmanı ilə yaradılıb. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə