Əsas məzmuna keç
Bakı +11°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Dövlət büdcəsinin profisiti azalmağa başlayıb

Dövlət büdcəsinin profisiti azalmağa başlayıb

 Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 16 089,7 mln. manat (illik müqayisədə 33,6% çox), xərcləri isə 15 666 mln. manat (22,5% çox) təşkil edib.

Bİ.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Son nəticədə büdcənin profisiti 423,7 mln. manat təşkil edib.

Xatırladaq ki, bu göstərici yanvar-avqust aylarının yekununda 544 mln. manat, yanvar-iyul aylarının yekununda 428,8 mln. manat olub. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə