Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

“Dövlət borcu haqqında” qanuna dəyişiklik edilir

“Dövlət borcu haqqında” qanuna dəyişiklik edilir

Dövlət büdcəsindən verilən büdcə ssudalarının həmin ssudaları alan təşkilatlar tərəfindən geri qaytarılmaması halında qeyd olunan ssudaların Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılması (ödənilməsi) nəzərdə tutulur.

Bununla bağlı “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi təklif edilir.

Dəyişiklik təminat Fondunun yalnız dövlət borcu və zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsi ilə deyil, həm də qaytarılmayan büdcə ssudalarının əvəzinin ödənilməsi ilə bağlı daha çevik bir alətə çevrilməsinə imkan yaradacaqdır.

Eyni zamanda layihədə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin hazırlanması ilə əlaqədar uyğunlaşdırılmaların aparılması məqsədilə Təminat Fondunun mənbələri ilə əlaqədar düzəliş təklif olunub.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə