Əsas məzmuna keç
Bakı +6°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Dərslər nə vaxt davam edəcək? - NAZİRDƏN AÇIQLAMA

Dərslər nə vaxt davam edəcək? - NAZİRDƏN AÇIQLAMA

Təhsil naziri Ceyhun Bayramov təhsil müəssisələrində tədrisin nə vaxt davam etdiriləcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

ENA.az xəbər verir ki, nazir AzTV-də yayımlanan “Hədəf” verilişində bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni qərarından sonra ictimaiyyətə açıqlama veriləcəyini deyib:

“Ölkə başçısının tapşırığına uyğun olaraq Azərbaycanda ilk koronavirus halı aşkar edildikdən cəmi bir neçə gün sonra - mart ayının 3-də tədris prosesinin bütün təhsil müəssisələrində dayandırılması barədə qərar qəbul edildi.

Nazirlər Kabineti yanında Operativ Qərargah bütün riskləri nəzərə alaraq ölçüb-biçilmiş formada sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qərar qəbul edəcək və bu müddətin uzadılması barədə qərar qəbul edilərsə, bu həftə ərzində Azərbaycan ictimaiyyətinə məlumat veriləcək”

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə