Əsas məzmuna keç
Bakı +7°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Depozit hərracında tələb 2 dəfə aşağı düşdü

Depozit hərracında tələb 2 dəfə aşağı düşdü

18.03.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 439,2 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,01% təşkil etmişdir.

"BI" xəbər verir ki, Mərkəzi Bank 350 milyon manat cəlb edəcəyini açıqlamışdı və bu məbləği də cəlb edib. 

11.03.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 909,8 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,26% təşkil etmişdi.

Qeyd edək ki, Martın 15-dən Mərkəzi Bank depozit hərracı üzrə faiz aralığını endirib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə