Əsas məzmuna keç
Bakı +5°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

Daha bir xarici şirkət Azərbaycanı tərk etdiyini açıqladı

Daha bir xarici şirkət Azərbaycanı tərk etdiyini açıqladı

Azərbaycanda daha bir xarici şirkətin filialı bağlandı.

ENA.az xəbər verir ki, “T.D. Williamson S.A.” şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edir.

Kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti küçəsi, ev 37, mənzil 16 ünvanına bildirə bilərlər.

Bildirək ki, bu filial Azərbaycanda 2013-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Johan Guillaume-dir.

Xatırladaq ki, “T.D. Williamson S.A.” şirkəti 1968-ci ildə Belçikada yaradılıb. Şirkətin fəaliyyət sahəsinə boru kəməri, boru kəməri avadanlıqları daxildir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə