Əsas məzmuna keç
Bakı +7°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Daha bir icra başçısı müavini vəzifəsindən ayrılıb

Daha bir icra başçısı müavini vəzifəsindən ayrılıb

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən ayrılıb.

ENA.az xəbər verir ki, bu, Fəxrəddin Vəliyev Vəli oğludur.

O, 2 iyun 1955-ci ildə Azərbaycan Respublikası Şəmkir rayonunun Təzəkənd kəndində anadan olmuşdur.

2013-cü ilin dekabr ayının 27-dən ötən aya kimi  Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri  vəzifəsində  işləyirdi.

O, 2022-ci ilin YAP Şəmkir rayon təşkilatına rəhbər təyin edilib.

İcra Hakimiyyətində onun yerinə təyinat baş tutmayıb.

Qeyd edək ki, bundan öncə analoji hal Qəbələ RİH-də də baş vermişdi. Başçının birinci müavin Ağasəfov Abil Adil YAP Qəbələ rayon təşkilatının sədri təyin edildiyinə görə vəzifəsindən ayrılmışdı.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə