Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Ceyhun Cəlilov Naxçıvanın Baş naziri vəzifəsindən azad edilib

Ceyhun Cəlilov Naxçıvanın Baş naziri vəzifəsindən azad edilib

Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının (MR) Baş naziri vəzifəsindən azad edilib.

Məlumata görə, Naxçıvan MR Ali Məclisinin noyabrın 12-də keçirilən iclasında bu barədə qərar qəbul edilib.

İclasda qeyd olunub ki, C.Cəlilov Naxçıvan MR-da Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunduğu üçün muxtar respublikanın Baş naziri vəzifəsindən azad edilməlidir.

Yekunda bununla bağlı qərar layihəsi səsə qoyularaq qəbul olunub.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə