Əsas məzmuna keç
Bakı +10°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Ceyhun Bayramov İranla əldə olunan razılaşmalardan danışıb

Ceyhun Bayramov İranla əldə olunan razılaşmalardan danışıb

“İranla Xarici İşlər Nazirliyi səviyyəsində siyasi məsləhətləşmələrin mütəmadi qaydada keçirilməsi barədə razılığa gəldik. Bu ən azı 6 aydan bir olacaq”.

ENA.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında söyləyib.

“Azərbaycan və İran XİN-ləri arasında kommunikasiya sahəsində İşçi qrupun yaradılması razılığı əldə olunub. İşçi Qrupa Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ilə İran XİN sözçüsü rəhbərlik edəcək”, - C.Bayramov bildirib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Azərbaycana səfərinə toxunan C.Bayramov deyib: “Səfər zamanı Qız Qalası-Xudafərin hidroqovşaqların istifadəyə verilməsi, Ordubad Su Elektrik stansiyasının, Astara çayı üzərindən avtomobil və piyada körpüsünün tikilməsinin başa çatdırılması və digər məsələlər müzakirə edilib”.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə