Əsas məzmuna keç
Bakı +9°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hesabatlar

"Cənub Qaz Dəhlizi" aktivlərini 16% artırıb

"Cənub Qaz Dəhlizi" aktivlərini 16% artırıb

“Cənub Qaz Dəhlizi” QSC-nin (CQD) cəmi aktivləri bu il yanvarın 1-nə 12 884,424 mln. ABŞ dolları təşkil edib.

"ENA" bu barədə şirkətin 2018-ci ilin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına əsasən xəbər verir.

Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 16% çoxdur.

2018-ci ildə CQD-nin uzunmüddətli aktivləri 10% artaraq 12 031,821 mln. dollar, cari aktivləri isə 4,5 dəfə artaraq 852,603 mln. dollar olub.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 22% artaraq 9 468,829 mln. dollar, o cümlədən uzunmüddətli öhdəlikləri 23% artaraq 8 996,135 mln. dollar, cari öhdəlikləri isə 6% artaraq 472,694 mln. dollar, cəmi kapitalı isə 2,85% artaraq 3 415,6595 mln. dollar təşkil edib.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC ölkə Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur. “Cənub Qaz Dəhlizi” QSC Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3 500 km-dən artıq olan və Avropa İttifaqı tərəfindən dəstəklənən Cənub Qaz Dəhlizi beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə