Əsas məzmuna keç
Bakı +14°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hesabatlar

Büdcəyə daxilolmalar kəskin artıb

Büdcəyə daxilolmalar kəskin artıb

 Bu ilin oktyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 378,122 mln. manat məbləğində vergi və rüsumlar daxil olub ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 74,2% çoxdur.

DGK-dən verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının məbləği ötən ilin oktyabr ayı ilə müqayisədə 38% artaraq 93,252 mln. manat olub.

Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 90,8% artaraq 263,686 mln. manata, aksizlər 1,9 dəfə artaraq 16,539 mln. manata, yol vergisi üzrə daxilolmalar isə 58% artaraq 4,6458 mln. manata təşkil edib.