Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Abşeron rayonunda yollarda hərəkət qismən məhdudlaşdırılır.

Bu barədə ENA.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Abşeron rayonu, Saray qəsəbəsi, Heydər Əliyev prospektində bu gündən başlayaraq hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq. Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Bu səbəbdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq, altentaiv yollardan istifadə etmələri tövsiyə olunur.

AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə