Əsas məzmuna keç
Bakı +8°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Bu gün TV və radio işləməyəcək

Bu gün TV və radio işləməyəcək

Bu gün Azərbaycanın efir məkanında kompleks profilaktika keçirilir.

"ENA" xəbər verir ki, kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı saat 06:00-dan başlayıb və saat 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunmuş cədvələ uyğun həyata keçirilir. 2019-ci ilin cədvəlinə əsasən dörd profilaktika nəzərdə tutulub.

Birinci profilaktika martın 4-də keçirilib. Növbəti kompleks profilaktika sentyabrın 16-da və dekabrın 9-da keçiriləcək.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə