Bu çağırışçılara 3 ay möhlət veriləcək

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir.
ENA.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
!@#
Dəyişikliyə əsasən, adyunkturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət veriləcək. Bu, təkrar ali təhsil alan çağırışçılara şamil olunmayacaq.
Dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq, ilk oxunuşda qəbul olunub.











