Əsas məzmuna keç
Bakı +7°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sənaye

Britaniyanın neft avadanlıqları tədarükçüsü Azərbaycanda filialını açıb

Britaniyanın neft avadanlıqları tədarükçüsü Azərbaycanda filialını açıb

Cari ilin may ayının 16-da Britaniyanın “Archer” şirkətinin filialı Azərbaycanda qeydiyyatdan keçib.

Şirkətin rəsmi təmsilçisi Polşa vətəndaşı Yatsek Zayaçkovskidir.

“Archer LTD” 2011-ci ildə yaradılıb və quyular üzrə ixtisaslaşmış iki şirkətin – “Seawell” və “Allis-Chalmers Energy” şirkətlərini, eləcə də quyuların tədarükü və onların məhsuldarlığının yaxşılaşdırılması sahəsində zəngin təcrübəyə malik olan bir sıra müəssisələri özündə birləşdirir.

"Archer” şirkətinin qazma komandası dörd qitədə 45-dən çox dəniz platformasında hasilatı təmin edir və Latın Amerikasında 81-dən çox səyyar yerüstü qazma qurğusunun istismarını həyata keçirir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə