“Boeing” süni zəkalı pilotsuz hərbi təyyarəsini təqdim edib

“Boeing Australia” şirkəti bu ölkənin silahlı qüvvələri üçün hazırladığı “Loyal Wingman” adlı süni zəkalı pilotsuz uçuş vasitəsinin ilkin variantını təqdim edib.
ENA.az CNN-ə istinadən xəbər verir ki, 11,5 m uzunluğundakı yeni təyyarə “müstəqil uçuşlar və yaxud adi təyyarələri dəstəkləmək üçün süni zəka tətbiq edəcək və bu zaman təhlükəsiz məsafəyə riayət edəcək”.
!@#
Şirkətdən bildiriblər ki, yeni pilotsuz təyyarələr radioelektron qarşıdurmalarda, kəşfiyyat və müşahidə fəaliyyətlərində istifadə oluna bilər.











