Əsas məzmuna keç
Bakı +7°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Beynəlxalq Banka yeni təyinat olub

Beynəlxalq Banka yeni təyinat olub

Azərbaycan Beynəlxalq Bankına yeni departament direktoru təyin edilib.

ENA.az Benker.az-a istinadən xəbər verir ki, 6 ildir bu bankda çalışan Günel Baxşıyeva Hüquq Departamentinə direktor təyin edilib. G.Baxşıyeva bu vəzifədə Fəqan Novruzovu əvəzləyib.

Bundan əvvəl həmin departamentin direktor müavini (2019-cu ilin fevralından 2020-ci ilin aprelinə qədər), daha əvvəl isə şöbə müdiri kimi çalışırdı.  

Qeyd edək ki, Günel Baxşıyeva Britaniyanın Leiden Universitetində magistr dərəcəsinə yiyələnib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə