Əsas məzmuna keç
Bakı +5°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Bazar günü havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Bazar günü havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yagmursuz keçəcək. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 31-36° isti, Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacaq.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə