Əsas məzmuna keç
Bakı +8°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

"Banklar daha çox pul alveri ilə məşğuldurlar"

"Banklar daha çox pul alveri ilə məşğuldurlar"

Gömrük, vergi sistemindən daxil olan şikayətlərin sayı azalıb.

"ENA" xəbər verir ki, millət vəkili Vahid Əhmədov bu məsələdə kadr siyasətinin mühüm rol oynadığını qeyd etdi. V.Əhmədov 10-12 faizə depozit götürən bankın 25 faizlə kredit verməsini tənqid etdi.

Banklar daha çox pul alveri ilə məşğuldurlar, deyən millət vəkili bankların real sektorla əlaqəsinin səmərəsiz olduğunu vurğuladı. Sahibkarların mülkiyyət hüquqlarının qorunçasında ciddi problemlərin hələ qaldığını söylədi: "İcra hakimiyyətlərinin özbaşınalıqları var və sahibkarların əmlaklarının toxunulmazlığı təmin edilməyib".

Sahibkar 40 faizə yaxın vergi ödəyir. Bu həddən artıq çoxdur. Hüquq-məhkəmə sistemində korrupsiya halları aradan qaldırılmalıdır

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə