Əsas məzmuna keç
Bakı +9°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Bank sektorunun illik qazancı artıb

Bank sektorunun illik qazancı artıb

Azərbaycanın bank sektoru ötən ili 279,4 milyon manat xalis mənfəətlə başa vurub.

"BI" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, 2017-ci il ilə müqayisədə 68,4% azdır.

Ötən il ərzində bank sektorunun faiz gəlirləri 1 753,0 mln. manat, faiz xərcləri 581,9 mln. manat, qeyri-faiz gəlirləri 549,1 mln. manat, qeyri-faiz xərcləri isə 1025,6 mln. manat təşkil edib. Son nəticədə sektorun xalis əməliyyat mənfəəti 694,6 mln. manat olub.

2017-ci illə müqayisədə bank sektorunun faiz gəlirləri 1,3%, faiz xərcləri 29,5%, qeyri-faiz gəlirləri 41,5% azalıb, qeyri-faiz xərcləri isə əksinə, 4,6% artıb. Bankların xalis əməliyyat mənfəəti isə bir ildə 23,5% azalıb.

Hesabat dövründə banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 345,4 mln. manat ayırıblar, 72,3 mln. manat mənfəət vergisi ödəyiblər. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə