Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Bank sektoru xalis mənfəətini 12 dəfə artırıb

Bank sektoru xalis mənfəətini 12 dəfə artırıb

Azərbaycanın bank sektoru bu ilin I yarısında 433,3 milyon manat xalis mənfəət əldə edib.

ENA.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,9 dəfə çoxdur.

Yanvar-iyun aylarında bankların əməliyyat gəlirləri 1 326,6 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 21,4% çox), əməliyyat xərcləri 840,9 milyon manat (7,25% çox), xüsusi ehtiyatlara ayırmaları 39,2 milyon manat (84,8% az), digər gəlirləri 21,3 milyon manat (19,4 dəfə çox), mənfəət vergisi ödəmələri isə 34,4 milyon manat (2,3 dəfə çox) təşkil edib. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə