Əsas məzmuna keç
Bakı +5°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İnşaat və əmlak

Bakıda yeni “Mall” tikilir

Bakıda yeni “Mall” tikilir

Bakıda yeni ticarət və əyləncə mərkəzinin (“Mall”) tikintisinə başlanılıb.

ENA.az xəbər verir ki, Bakının Nizami rayonunda, Tofiq Abbasov küçəsi 5 ünvanında, keçmiş “Sevinc” (Təbriz) kinoteatrının yerində (Qara Qarayev metro stansiyası yaxınlığı) müasir ticarət və əyləncə mərkəzi tikilir.

Məlumat lövhəsinə görə, ticarət və əyləncə mərkəzi 5 mərtəbəli olacaqdır. Mərkəzin altında 2 mərtəbəli avtomobil dayanacağı da nəzərdə tutulur. Mərkəzin tikildiyi ərazidəki parkın abadlaşdırılacağı bildirilir.

Layihə “Təbriz Centre” MMC tərəfindən reallaşdırılır. Podratçı “Xəzər-2016 İnşaat” MMC-dir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə