Əsas məzmuna keç
Bakı +10°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Bakıda temperatur iqlim normasından 2.4 dərəcə yuxarı olub

Bakıda temperatur iqlim normasından 2.4 dərəcə yuxarı olub

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən "ENA"ya verilən məlumata görə, aprelin 17-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış yağıb, ayrı-ayrı yerlərdə güclü şimal-qərb küləyi əsib.

Düşən yağıntının miqdarı Şəmkir, Şəki, Quba, Qusar, Xaltan, Kişçayda (Şəki) 1 mm olub.

Qərb küləyi Naftalanda arabir 26 m/s, Gəncədə 24 m/s, Şabranda 22 m/s, Xaçmaz, Ağstafa, Neftçalada 20 m/s, Salyanda 17 m/s, Daşkəsən, Şəmkirdə 16 m/s, Maştağada 25 m/s, Bakıda 23 m/s, Binə, Sumqayıtda 22 m/s, Ələt, Qum adası, Pirallahı, Neft Daşlarında 20 m/s, Zabratda 18 m/s, Çilov adasında arabir 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb.

Temperatur Bakıda iqlim normasından 2.4 dərəcə yuxarı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16-19, aran rayonlarında 20-26, dağlıq rayonlarda 14-18, Naxçıvan MR-da 18-24 dərəcə isti olub.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə