Bakı Limanında bilet satışı ilə bağlı - YENİLİK

Gələn ildən Bakı Limanında elektron bilet satışı tətbiq olunacaq.
"BI" xəbər verir ki, bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin mətbuat katibi Vəfa Səfərli-Abdullazadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Bakı Limanında növbəti ildən elektron bilet satışı tətbiq olunacaq ki, sərnişinlər biletləri internet üzərindən və ya xüsusi proqram yükləməklə əldə edə biləcəklər.











