Əsas məzmuna keç
Bakı +11°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sığorta

“AzSığorta” nizamnamə kapitalını kəskin azaltdı

“AzSığorta” nizamnamə kapitalını kəskin azaltdı

“AzSığorta” sığorta şirkəti nizamnamə kapitalını 31% azaldılması barədə elan edib. Elana görə, nizamnamə kapitalı 20,3 milyon manatdan 14,007 milyon manatadək azaldılıb.

Beləliklə, nizamnamə kapitalı 203 min manat nominalında 69 səhmə bölünüb.

“AzSığorta” kapitalın azaldılması səbəbini göstərmir.

“AzSığorta” şirkəti 2006-cı ilin noyabr ayında fəaliyyət göstərmək üçün lisenziya alıb və sığorta haqlarının və həyata keçirilən ödənişlərin həcminə görə Azərbaycanın aparıcı şirkətlərinin onluğuna daxildir. “AzSığorta” ASC-nin səhmdarı bir fiziki şəxsdir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə