Əsas məzmuna keç
Bakı +17°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

"Azərxalça" müflis elan olunacaq

"Azərxalça" müflis elan olunacaq

"Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyinin müflis elan olunmasına dair ərizə ilə əlaqədar Ali Məhkəmənin icraatındakı kommersiya işi üzrə şifahi məhkəmə baxışı iyunun 1-i, saat 11:05-ə təyin edilib.

ENA.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, debitor və kreditorlar Ali Məhkəməyə müraciət edə bilərlər.