Əsas məzmuna keç
Bakı +8°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sığorta

“Azərsun Holdinq”in sığorta şirkəti zərərdə

“Azərsun Holdinq”in sığorta şirkəti zərərdə

“Azərbaycan Sənaye Sığorta” ASC 2018-ci ili 2 milyon 172 min manat zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Şirkəti 2017-ci ili 141 min 491 manat, 2016-cı ili 1 milyon 735 min manat xalis mənfəətlə bağlamışdı. 2017-ci ildə “Azərbaycan Sənaye Sığorta”nın xalis mənfəəti 12 dəfə azalmışdı.

GƏLİRLƏRİ AZALIB, XƏRCLƏRİ ARTIB

“BI” Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2018-ci ildə “Azərbaycan Sənaye Sığorta”nın cəmi gəlirləi 9 milyon 492 min manat, cəmi xərcləri 11 milyon 664 min manat təşkil edib.

​2017-ci ildə  “Azərbaycan Sənaye Sığorta”nın cəmi gəlirləri 10 milyon 177 min manat, cəmi xərcləri isə 10 milyon 35 min manat təşkil edib.

İllik müqayisədə, şirkətin topladığı sığorta haqları 7 milyon 242 min manatdan 8 milyon 755 min manata yüksəlib, sığorta ödənişləri isə 3 milyon 710 min manatdan 2 milyon 862 min manata düşüb.

2017-ci illə müqayisədə 2018-ci ildə sair gəlirlərin azalması, sair xərclərin isə artması Şirkətin zərər etməsilə nəticələnib. 2017-ci ildə 1 milyon 281 min manat olmuş sair gəlirlər 2018-ci ildə 160 min manata düşüb. Sair xərclər isə 1 milyon 612 min manatdan 3 milyon 409 min manata yüksəlib.

İllik müqayisədə təkrarsığortaya verilmiş sığorta haqları 2 milyon 637 min manatdan 3 milyon 377 min manata yüksəlib.

“Azərbaycan Sənaye Sığorta” işlərin aparılması xərclərini cüzi azaldıb.

“Azərbaycan Sənaye Sığorta” ASC “Azərsun Holdinq”ə daxildir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə