Əsas məzmuna keç
Bakı +8°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
VakansiyalarVakansiya

"Azərsun Holdinq" işçi axtarır - VAKANSİYA

"Azərsun Holdinq" işçi axtarır - VAKANSİYA

AZƏRSUN HOLDİNQ 

Vakansiyanın adı: Brend meneceri

Namizədə aid tələblər:

• Ali təhsilli (Marketinq sahəsində) olmalı; 
• Müvafiq sahədə ən azı 5 il iş təcrübə; 
• Dil bilikləri: Rus, İngilis 
• MC Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı; 
• Məsuliyyətli və güclü analitik, idarəetmə qabiliyyətli.

İş haqqında məlumat:

• Məhsul idarəsində olan məhsul/markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq, layihələr həyata keçirmək, eyni zamanda cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək, məhsul/markaların ideya mərhələsində istehlakçılara çatdırmaq və hətta istehlakçılardan gələcək geri dönüşlərini dəyərləndirmənin də daxil olduğu uzunmüddətli bir prosesin cavabdehliyini daşımaq; 
• Istehlakçı ehtiyac və davranışlarını təhlil etmək məqsədi ilə həyata keçiriləcək marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini hazırlamaq, keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq; 
• Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarını təqib edərək, öz təklifləri ilə məruzə etmək; 
• Şirkətin ixrac etdiyi markaların vəziyyətini görə bilmək, ixrac edilən ölkədəki trendləri, dinamikanı izləmək üçün mütəmadi qeyd edilən ölkələri ziyarət etmək; 
• Məhsulun qablaşdırması, reklam, çap materiallarının məhsul və marka bütünlüyünə uyğun olmasını təmin etmək; 
• Marka/məhsul performansını müşahidə edərək təhlil etmək; 
• Məhsul və marka ilə əlaqədar Şirkətin illik kommunikasiya, reklam, media, PR hədəf və strategiyalarının müəyyənləşdirilməsi üçün rəhbərliyə təkliflər vermək; 
• Reklam (TV, Açıq hava, Radio, mətbuat) briflərini, POP materiallarını hazırlamaq və işin gedişatına nəzarət etmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 21.12.2018-ci il tarixinədək cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Brend meneceri”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə