Əsas məzmuna keç
Bakı +10°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Azərbaycanın Gürcüstana yatırdığı investisiyanın məbləği açıqlandı

Azərbaycanın Gürcüstana yatırdığı investisiyanın məbləği açıqlandı

Ötən il Gürcüstan iqtisadiyyatına 1 mlrd. 232,4 mln. ABŞ dolları həcmində investisiya yatırılıb.

“ENA” xəbər verir ki, bu barədə ötənilki dövlət büdcəsinin icrası haqqında sənəddə bildirilir.

İllik müqayisədə qonşu ölkəyə qoyulan sərmayələrin həcmi 34,9% azalıb.

Hesabat ilində Gürcüstanın ən böyük investoru 240 mln. dollarla Azərbaycan olub. İkinci və üçüncü yerlərdə müvafiq olaraq Böyük Britaniya (203,7 mln. dollar) və Niderland (167,9 mln. dollar) qərarlaşıb.

Sənəddə qeyd olunub ki, 2018-ci ildə ən çox investisiya maliyyə (277 mln. dollar), nəqliyyat (210 mln. dollar) və energetika (157 mln. dollar) sahələrinə yatırılıb.

Dövlət büdcəsinin icrası haqqında sənəd mayın 27-də Gürcüstan parlamentinin büro iclasında təqdim olunacaq.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə