Əsas məzmuna keç
Bakı +16°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Azərbaycandan 6 ayda 3 milyard dollarlıq kapital və maliyyə axını olub

Azərbaycandan 6 ayda 3 milyard dollarlıq kapital və maliyyə axını olub

Bu ilin I yarısında Azərbaycanın kapital və maliyyənin hərəkəti hesabının mənfi saldosu (ölkədən kapital və maliyyə axını) təxminən 3 milyard ABŞ dolları təşkil edib.

ENA.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, yanvar-iyun aylarında Azərbaycanın xalis maliyyə aktivləri 3,3 milyard ABŞ dolları, xalis maliyyə öhdəlikləri isə 0,3 milyard ABŞ dolları artıb.