Əsas məzmuna keç
Bakı +10°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Azərbaycanda subsidiya ödənişi 26 % artırılır

Azərbaycanda subsidiya ödənişi 26 % artırılır

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən 46 istiqamətdə 1 milyard 321,2 milyon manat subsidiya ödənişi proqnozlaşdırılır.

Bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 26,1 % çoxdur.

Gələn il dövlət müəssisələrinə subsidiyalarda azalma, qeyri-dövlət müəssisələrinə və hüquqi şəxslərə subsidiyalarda isə artım nəzərdə tutulur.

2024-cü ildə olduğu kimi, 2025-ci ildə də hüquqi şəxslərə subsidiyalar cəmi subsidiyalarda ən böyük paya (62 %) malik olacaq.

Dövlət müəssisələrinə subsidiyaların azalması əsasən "Bakı Metropoliteni" QSC və "Təmiz Şəhər" ASC-yə, eləcə də Gənclər və İdman Nazirliyinə subsidiyaların azalması ilə bağlıdır. Palatanın apardığı kənar dövlət maliyyə nəzarəti tədbirləri bu istiqamətlərdə subsidiyaların azaldılmasının zəruriliyini göstərib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə