Azərbaycanda şirkət sahibinin meyiti tapılıb

Salyan rayon sakininin Bakıda yaşadığı mənzildə meyiti aşkarlanıb.
Məlumata görə, meyiti tapılan şəxsin 35 yaşlı Vüsal Məlikov olduğu müəyyənləşib.
!@#
Hələ ki, onun ölüm səbəbi məlum deyil.
Qeyd edək ki, mərhum Bakı şəhərində fəaliyyət göstərən təmir-tikinti şirkətlərindən birinin sahibi olub. O, 4 ay əvvəl ailə qurmuşdu.
Faktla bağlı araşdırma aparılır.











